Səs izolyasiyası 4

image-1

Səs-küy bizim rahatlığımız üçün arzuolunmaz və narahatlıqdır. Bu narahatlıq əlavə olaraq, psixoloji, fizioloji və fəaliyyət baxımından fərdlərə mənfi təsir göstərir. Səs-küy davranış pozğunluğunun, iş səmərəliliyinin azalması, eşitmə itkisi və bəzi psixoloji xəstəliklərə səbəb ola bilər. Üstəlik səs-küy nəticəsində yaranan eşitmə itkisi dərman və ya cərrahi müdaxiləsi ilə müalicə edilmir.

Tədqiqatlar göstərir ki, 55 dB davamlı səs-küy səviyyəsi əsəbilik və yuxu pozğunluqları yaradır. Uzun müddət yüksək səs-küy səviyyəsi ilə qarşılaşdıqda, beyin adrenalin ifraz edir, vücud mübarizə vəziyyətinə gəlir və hipertoniya kimi psixoloji problemlər və narahatlıqlar səbəb ola bilər.

Ağlayan uşaqlar, qonşularla aralarında olan müntəzəm mübahisələr, yuxarı qonşulardakı sonsuz təmir və bir çox səslər - bütün bunlar hətta ən sakit insanı da narahat edə bilər. Fakt budur ki, yeni bir mənzilə girdiyiniz zaman səs izolyasiyası kimi vacib bir nöqtəni görmürsünüz.  Buna görə də son illərdə yaşayış binalarının yüksək qonşulara və ya yoldan keçənlərin küçə səs-küyünə cavab olaraq müəyyən otaqları və ya bütün evi izolyasiya etməsi getdikcə daha çox yayılmışdır.  İzohome səs izolyasiya məhsulları ilə binalarda və evlərdə olan səs probleminiz bitəcək.

İzohome izolyasiya məhsulu nədir?

İzohome izolyasiya sənayesində yeni bir innovasiyalı Nanotexnologiyaları ilə çarpaz toxumaları sayəsində əmələ gələn örtüklərimizin tərkibində əlyaf və keçə məhsulu birləşdirərək, 4 möhtəşəm üstünlüyə imza atıb

-  Səs izolyasiyası

-  İsti və soyuq izolyasiyası

- Nəm və rütubət izolyasiyası

- Zərbə və çatlara qarşı izolyasiya

İzohome izolyasiya məhsulunun üstünlükləri nədir?

Səs, isti və soyuq izolyasiyası və möhkəmləndirmə izolyasiyası

- Yanğına davamlı, gec alışan

Dəri və tənəffüs yolu allergiyasına səbəb olmur

- Antibakterialdır

Həşəratlara və gəmiricilərə qarşı davamlıdır

Günəş şüalarına davamlıdır

Yüngül və daşınması çox rahatdır

Sağlamlıq sertifikatına malikdir

- Hava keçiricidir

Yenidən istifadə oluna bilər

İzohome səs izolyasiyası:

İzohome ses izolyasiyası yaşayış mühitini istənməyən səslərdən təcrid etmək, səs-küylü bölgələrdən yayılan səs-küyü azaltmaq, kinoteatr və səsyazma studiyası kimi yerlərdə uyğun istifadə şəraiti yaratmaqla ətraf mühiti səs-küyün zərərli təsirlərindən qorumaq məqsədi ilə istifadə olunur. Səs izolyasiyası səsin mənfi təsirlərini minimuma endirmək üçün hazırlanmış bir izolyasiya məhsuludur. Səsin ətraf mühitdə yayılmasına nəzarət etmək, səs izolyasiyasında ən vacib məqamdır. Səs bir mühitdə yayıldıqda, maneə olduqda hər hansı digər fiziki hadisə kimi davranır. Beləliklə, səsin bir hissəsi çoxalmaqla geri əks olunur. Bir hissəsi ön tərəfdəki maneə tərəfindən udulur. Buna görə də, İzohome səs izolyasiyası səs udma potensialına malikdir.

İzohome səs izolyasiya məhsulları harada tədbiq olunur?

Səs yazma studiyaları

Konsert zalları

Konfrans zalları

Kinoteatrlar

Ofis və digər iaşə obyeklərində

Şadlıq saraylarında

Əyləncə məkanlarında

Məktəb və uşaq bağçalarında

Xəstəxanalarda

Karaoke mərkəzlərində

Generator otaqlarında

Qazanxanalarda

Lift otaqlarında

Məhsullar

440 Hz Tezlik

1000 Hz Tezlik

10000 Hz Tezlik

Azalma dB

Azalma dB

Azalma dB

10 mm Səs izolyasiyası

14.5

31.6

61.3

15 mm Səs izolyasiyası

16.0

27.7

37.2

30 mm Səs izolyasiyası

25.5

31.2

48.3

 

İzohome səs izolyasiya məhsulu yaşayış sahəsini səs-küylü səslərdən qoruyur. Ətrafınızdakı səs-küyü azaldır. Xüsusilə səs yazma studiyaları və kinoteatrlarda tez-tez tətbiq olunur. Səs izolyasiyası sağlam və dinc mühitin yaradılmasına çalışılır. İş yerlərində rahatlıq ilə işləmək və evlərinizdə ailəniz, sevdikləriniz ilə xoş anlar yaşamaq istəyirsinizsə, İzohome səs izolyasiya məhsullarından istifadə edə bilərsiniz.

Baxılıb

1844

Tarix

11.11.2019