Fasad izolyasiyası

image-1

Yəqin ki, hər bir insan gözəl və rahat mənzilə sahibi olmaq arzusundadır. Yeni tikililərdəki mənzillər yalnız rahat planlaşdırılması ilə deyil, həmçinin, olduqca funksional işıqlandırılması ilə fərqlənir. Binaların ən yeni tikinti üsulları ilə tikilməsi sakinlər üçün maksimal rahatlıq və təhlükəsizlik təmin edir.

Bina və evdə yaşayan sakinlərin rahatlıq və sağlamlığı üçün ən mühüm amillərdən biri də fasad izolyasiyasıdır. Fasad izolyasiyası evin və binanın temperaturunu qoruyub saxlayaraq enerjiyə qənaəti təmin edir, yanğın təhlükəsinin qarşısını alır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.

Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti “ucuz olsun” deyə, binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara təklif edir. Mənzil sahibləri də ucuz aldıqlarını düşünərkən, əslində bahalı bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar.

Fasadın daima ətraf mühit təsirinə məruz qaldığını nəzərə alsaq, düzgün izolyasiyanın seçilməsi olduqca vacibdir. Bunu nəzərə alaraq sizə İzohome izolyasiya örtüklərini təqdim edirik.

İzohome - Azərbaycan inşaat sektorunda yeni innovasiyadır. Məhsul ekoloji cəhətdən təmiz, müasir istilik keçiricilik qabiliyyətinə malik, ətraf mühüt standartlarına tam uyğundur.

Ev və bina fasadlarının İzohome izolyasiya məhsulları ilə izolyasiya edilməsinin üstünlükləri:

- Yüksək isti və soyuq izolyasiyaya malikdir

- Səs və akustika izolyasiyası yaradır

- Zərbə və çatlara qarşı çox dayanıqlıdır

- Divarların ömrünü uzadır

- Tikinti xərclərinə qənaət edir

- Enerji xərclərinə 70% qənaət edir

- Səsboğucu effekti 40 dB olur

- Binaya dekorativ və estetik görünüş verir

- Ekoloji təbii məhsuldur

- Yanğına davamlılığı yüksəkdir

- Günəş şüalarına qarşı dayanıqlıdır

- Temperatur və rütubət dəyişikliklərinə müqavimətlidir

İzohome izolyasiya məhsullarından istifadə zamanı qışda mənzili qızdırmaq, yayda isə əksinə sərinlətmək üçün əlavə cihazlardan istifadə etməyiniz lazım deyil. Çünki bütün istilik otaqlarda qalır. Yaz aylarında mənzil çox istiləşmir. Fasad izolyasiyası nəticəsində divarlar otaqdakı istiliyi saxlayır. Otaqlarda nəmin meydana gəlməsinə maneə törədir. Bu da göbələk, nəm və rütubətin yaranma ehtimalını aradan qaldırır. Divarlar quru qalır. İstilik itkisinin azalması səbəbindən evdəki mikroiqlim nəzərəçarpacaq dərəcədə yaxşılaşır.

Hava şəraitinin dəyişməsi, yağan yağışlar, qar, günəş radiasiyası izolyasiya olunmamış fasada çox mənfi təsir göstərir. Lakin İzohome izolyasiya məhsulları ilə izolyasiya olunmuş fasad bu təsirlərə məruz qalmir. Fasadların xarici istilik izolyasiyası kondensatın əmələ gəlməsi ilə yaranan nəmlik görünüşünün qarşısını alır. Bundan əlavə, evi kənardan istiləşdirməklə istilik izolyasiya xüsusiyyətlərini yaxşılaşdırmaq mümkün olur. Bu da istilik xərclərini azaltmağa və ev sahiblərinin həyat rahatlığını artırmağa kömək edir.

Əlverişli mikroiqlimi olan bir evdə insan özünü rahat hiss edir. Həmçinin bina və ev fasadının keyfiyyətli, uzun ömürlü və gözəl xarici görünməsi hər bir insanın ürəyincədir. Bunun üçün İzohome izolyasiya məhsullarına rahatlıqla etibar edə bilərsiniz.

Baxılıb

2482

Tarix

26.02.2020