Səs və akustika

image-1

Səs - fiziki hadisə olub, səs mənbəyinin elastik mühitdə, məsələn, havada, suda, dəmirdə yaratdığı hərəkət dalğalarına deyilir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir.

Səsi eşitməyimiz üçün səs mənbəyi saniyədə  azı 20 rəqsi hərəkət etməli, və yaxud  20 hers (hs)  tezliyə malik olmalıdır. Rəqs tezliyi  nə qədər çox olsa,  səs bir o qədər gur çıxır. Səs mənbəyinin rəqsinin amplitudası ilə müəyyən olunan gurluq desibellə (dB)  ölçülür. Eşitdiyimiz ən zəif səs 10 dB-dir.  Bu, budaqdan qopub yerə düşən  yarpağın  səsidir. Pıçıltı 30 dB, qışqırıq 70 dB, göy gurultusu 100 dB-dir. 100 dB-dən gur səslər qulaqda ağrı və baş gicəllənməsi  əmələ gətirir, çünki qulaqdakı səslər  sinir impulslarına çevrilir və səs siniri ilə beyinə ötürülür.

Gördüyünüz kimi müxtəlif mühitlərdə səslər də müxtəlifdir. Səs haqqında elm akustika ("akustikos" yunan sözü olub, eşitmə deməkdir) adlanır. Bəzən səslərin hər hansı məkanda yayılmasını da akustika adlandırırlar. Məsələn, deyirlər: “Bu otağın yaxşı akustikası var”. Konsert salonlarının çoxu öz akustikası ilə şöhrət qazanıb. Məsələn, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının  çox gözəl akustikası var.

Səs-küy - müvəqqəti və spektral quruluşların mürəkkəbliyi ilə xarakterizə olunan müxtəlif fiziki təbiətdəki təsadüfi dalğalanmalar. Sənayenin intensiv artması səs və onun insanlara mənfi təsiri haqqında elmin inkişafına səbəb oldu. 20-ci əsrin sonlarından bəri səs-küyün təsirlərinə xüsusi diqqət yetirilmişdir. İnsan təhlükəsizliyini təmin etmək üçün çox sayda araşdırma aparılmışdır. Tədqiqatlar göstərir ki, iri şəhərlərə xas olan "səs-küy çirklənməsi" ömrü 10-12 il azaldır. Səs-küy, sinir sisteminə əhəmiyyətli bir yük yaradır. Təsiri yuxu zamanı da qanda stres hormonlarının tərkibini artırır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və bəzi səsli obyektlər), küçədə və evdə təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların konstruksiyası və s. səbəb olur.

Səs-küyün zərərli təsirindən qorunmaq, bir mühitdə meydana gələn səslərin digər mühitə keçməsinin qarşısını almaq üçün sənaye müəssələrini, səsli obyektləri, yaşayış evlərini düzgün izolyasiya etmək önəmlidir.

Sizə, yaşayış və sənaye tikintisində səs küy və akustika ilə mübarizədə hər hansı bir problemi həll edə biləcək yeganə səs və akustika izolyasiya materialı olan İzohome məhsulunu təqdim edirik.

İzohome səs və akustika izolyasiya məhsulları yaşayış mühitini istənməyən səslərdən təcrid edir. Kinoteatr, restoran və səsyazma studiyası kimi yerlərdə uyğun istifadə şəraiti yaratmaqla ətraf mühiti səs-küyün zərərli təsirlərindən qoruyur. İzohome səs və akustika izolyasiyası çox yüksək səs udma potensialına malikdir. Məhsullarımız sağlam və dinc mühitin yaradılmasına çalışılır.

İş yerlərində səssiz, rahatlıq ilə işləmək və evlərinizdə ailəniz, sevdikləriniz ilə xoş anlar yaşamaq istəyirsinizsə, İzohome səs və akustika izolyasiya məhsullarından istifadə edə bilərsiniz.

Baxılıb

2467

Tarix

08.02.2020