Səs izolyasiyası 2

image-1

Səs izolyasiyası indi yaşayış sahələrinin ən böyük problemlərindən biri kimi qəbul edilə bilər. Yeni binalarda istifadə edilən incə divarlar səs izolyasiya problemləri və insan sağlamlığına təhlükə yaradır. Siz adi qonaq otağında filmə baxarkən, hətta əgər sizdə ən müasir akustik sistem quraşdırılıbsa belə, siz yekunda idealdan uzaq səs əldə edəcəksiniz. Sonda arzuolunmaz səslər stressə, yuxunun pozulmasına, təzyiqə və digər narahatlıqlara səbəb ola bilir. Bu və digər səbəblər bizim evlərimizi yüksək səviyyədə izolyasiya etdirməyə vadar edir. Bunun üçün sizə İzohome səs izolyasiya məhsullarını tövsiyyə edirik.

İzohome izolyasiya məhsulu nədir?

İzohome izolyasiya sənayesində yeni bir innovasiyalı Nanotexnologiyaları ilə çarpaz toxumaları sayəsində əmələ gələn örtüklərimizin tərkibində əlyaf və keçə məhsulu birləşdirərək, 4 möhtəşəm üstünlüyə imza atıb.

Səs izolyasiyası

İsti və soyuq izolyasiyası

Nəm və rütubət izolyasiyası

Zərbə və çatlara qarşı izolyasiya

İzohome izolyasiya məhsulunun üstünlükləri nədir?

Səs, isti və soyuq izolyasiyası və möhkəmləndirmə izolyasiyası

Yanğına davamlı, gec alışan

Dəri və tənəffüs yolu allergiyasına səbəb olmur

Antibakterialdır

Həşəratlara və gəmiricilərə qarşı davamlıdır

Günəş şüalarına davamlıdır

Yüngül və daşınması çox rahatdır

Sağlamlıq sertifikatına malikdir

Hava keçiricidir

Yenidən istifadə oluna bilə

İzohome səs izolyasiyası:

İzohome səs izolyasiya məhsulları səs komplekslərinin yayılmasına təsir göstərən məhsullardan biridir. Son dərəcə səs-küylü mühitlərdə səs izolyasiya materiallarının istifadəsi səs-küyün qarşısını alır. Səs dalğalarını yaymadan birbaşa səs ötürülməsinin qarşısını alan səs izolyasiya məhsulları ilə bir çox ərazidə səs kəsilməsini təmin edə bilərsiniz. Urbanizasiyanın planlaşdırılmadığı ərazilərdə səs-küy insan sağlamlığına və rahatlığına mənfi təsir göstərir. Trafik səsləri, hava limanının ətrafındakı yaşayış sahəsindəki güclü səs-küy, satıcı səsləri, qonşuların çıxışları insanlar tərəfindən səs-küyün müxtəlif dozaları kimi qəbul edilə bilər. Səsin ətraf mühitdə yayılmasına nəzarət etmək, səs izolyasiyasında ən vacib məqamdır. İzohome səs izolyasiyasının məqsədi otağa girən və otaqdan çıxan səsin gücünün, ətraf mühitdəki səs-küyün minimum azaldılmasıdır.

 İzohome səs izolyasiya məhsulları harada tədbiq olunur?

Səs yazma studiyaları

Konsert zalları

Konfrans zalları

Kinoteatrlar

Ofis və digər iaşə obyeklərində

Şadlıq saraylarında

Əyləncə məkanlarında

Məktəb və uşaq bağçalarında

Xəstəxanalarda

Karaoke mərkəzlərində

Məhsullar

440 Hz Tezlik

1000 Hz Tezlik

10000 Hz Tezlik

Azalma dB

Azalma dB

Azalma dB

10 mm Səs izolyasiyası

14.5

31.6

61.3

15 mm Səs izolyasiyası

16.0

27.7

37.2

30 mm Səs izolyasiyası

25.5

31.2

48.3

 

İzohome səs izolyasiya məhsulu əsasən səs-küyün insanlara zərərli təsirini minimuma endirmək üçün görüləcək tədbirləri əhatə edir. Səs-küy, müxtəlif tezlik komponentlərinə sahib olan və zamanla dəyişkən olan arzuolunmaz səslər toplusudur. Bir sözlə, narahat səs kimi təsvir etdiyimiz səs-küy bu gün şəhərləşmənin təbii nəticəsidir. Bu cür problemlərdən yaxa qurtulmaq üçün İzohome səs izolyasiya məhsullarından rahatlıqla istifadə etməyinizi tövsiyyə edirik.

Baxılıb

2128

Tarix

25.10.2019