Bir bina sahibinin prioritetlər siyahısında yüksək yer tutması binanın yaxşı akustika və səs izolyasiyasından ibarətdir. 20-ci əsrin sonlarından bəri səs - küyün təsirlərinə xüsusi diqqət yetirilmişdir. İnsan həyatı təhlükəsizliyini təmin etmək üçün çox sayda araşdırma aparılıb, tənzimləmə tələbləri hazırlanıb. Tədqiqatlar göstərir ki, şəhərlərin "səs - küy çirklənməsi" səciyyəvi olan ömrü 10 - 12 il azaldır. 70 - 90 dB səviyyəsində uzunmüddətli sinir sisteminin xəstəliklərinə, 100 dB-dən çox isə eşitmə itkisinə, karlıqlara qədər gətirib çıxarır. Səs - küy sinir sisteminə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.
Qonşu divarlardan və üst mərtəbələrdən daxil olan kənar, yüksək və tanımadığımız səslər ictimai həyatımızı və sağlamlığımızı ciddi şəkildə təhdid edir. Bu problemlər bizim üçün qaçılmaz görünür. Lakin artıq bu kimi problemlərin qarşısını almaq İzohome səs izolyasiya məhsulları ilə mümkündür.
İzohome səs izolyasiya məhsulları nədir..?
İzohome – Azərbaycan inşaat sektorunda yeni bir innovasiyadır. Yüksək standratlara əsaslanan məhsul Nanotexnologiyalar sayəsinda ərsəyə gətirilmişdir. Məhsul izolyasiya sahəsində 4 möhtəşəm üstünlüyə imza atıb.
- Səs və akustika izolyasiyası
- İsti və soyuq izolyasiyası
- Nəm və rütubət izolyasiyası
- Zərbə və çatlara qarşı izolyasiya
İzohome izolyasiya məhsulunun üstün cəhətləri aşağıdakılardır:
- Heç bir allergiyaya səbəb olmur
- Yanğına davamlı, gec alışandır
- Ekoloji cəhətdən təmizdir. Antibakterialdır
- Dəri və tənəffüs yolu allergiyasına səbəb olmur
- Rulon formasındadır. Yüngül və daşınması asandır
- Sağlamlıq sertifikatına sahibdir
- Ən aşağı həcmdə, ən təsirli izolyasiya məhsuludur
- Enerjiyə 60% - 70% qənaət edir
- Divarlar və mərtəbələr arasında effektiv səs izolyasiyasına malikdir
- Tərkibində zərərli maddələr yoxdur
- İstifadə zamanı maska və əlcəklər lazım olmur
Səs - küy müvəqqəti quruluşların mürəkkəbliyi ilə xarakterizə olunan təbiətdəki təsadüfi dalğalanmalardır. Fizioloji baxımdan səs - küy səssizliyi pozan və insan bədəninə zərərli təsir göstərən istənməyən səslərdir. Araşdırmalar nəticəsində məlum olub ki, əlverişsiz akustik şəraitdə yaşamaq əsəb sistemində problemlər yaradır. Ani səs artımı ürək döyüntüsünün artmasına, təngnəfəsliyə, qan təzyiqinin yüksəlməsinə səbəb olur. Beyində yaranan qıcıqlanmalar, yuxusuzluq, diqqət pozğunluğu, fikir dağınıqlığı, xarakter dəyişikliyi və daha bu kimi zərərlərə yol açır. İzohome səs izolyasiya məhsullarından istifadə zamanı bu zərərli təsirlərdən azad olacaqsınız.
İzohome səs izolyasiya məhsulları harada istifadə edilir..?
- Ofis və yaşayış yerlərində
- Kinoteatrlarda
- Şadlıq saraylarında
- Səs yazma studiolarında
- Məktəb və uşaq bağçalarında
- Konfrans zallarında
- Tibb məntəqələri və xəstəxanalarda
- Karaoke mərkəzlərində
Çox hallarda yuxarıdan duyulan ayaq addımlarının qarşısını almaq və maksimum rahatlığa nail olmaq üçün davamlı asma tavanlardan istifadə olunur. Ancaq bu konstruksiyalar asma tavanın üstündəki boşluq vasitəsi ilə səs üçün üfüqi bir ötürmə yolu yaradır. Buna görə tavanın mükəmməl İzohome səs izolyasiya məhsulları ilə izolyasiyası təmin edilməlidir. Bu halda yuxarı mərtəbədəki əlavə səs – küy sizi narahat etməyəcək.
Səs həm xoş, həm də narahatlıq yarada bilər. Mükəmməllik tələb olunan atmosferə sahib olmaq üçün narahat səsləri çıxarmaq lazımdır. Bizi əhatə edən mühitin səssiz olmasını təmin etmək üçün divarları, arakəsmələri, döşəmələri və tavanları İzohome səs izolyasiya məhsulları ilə izolyasiya etmək çox önəmlidir. İzohome səs izolyasiyası bir bina elementinin və ya bina quruluşunun onun vasitəsi ilə səs ötürülməsini azaltmaq üçün istifadə edilir. Bina xaricindən duyulan səs – küy, həmçinin bina daxilində otaqlar arasından duyulan səslər İzohome səs izolyasiya məhsulları sayəsində minimuma endirilir.
İzohome səs izolyasiya məhsullarından istifadə etdikdə özünüzü və ailənizi bütün səs - küy problemlərindən rahatlıqla qoruya bilərsiniz. Sağlam yaşamaq şansı öz əlinizdədir. İzohome izolyasiya məhsullarına etibar edərək, sağlam yaşamaq şansınızı daha da artırın.