Boru izolyasiyası

image-1

Boru izolyasiyası müasir dövrdə enerji qənaətinin ən vacib cəhətlərindən biridir. Borular üçün istilik izolyasiyası istilik itkisini azaltmaq, enerji və xərclərə qənaət etməyin əsas vasitəsinə çevrilmişdir.

Kiçik bir ev, nəhəng müəssisə və fabriklərə qədər hər yerdə boru sistemlərinin izolyasiyası lazımdır. Əvvəlcə tikinti layihəsinə daxil edilmiş boru izolyasiyası istilik və şəbəkənin təmirinə çox pul qazandıra bilər. İstilik izolyasiyası məhsullarına olan tələblər boru kəmərinin xüsusi növündən və istismar şəraitindən asılıdır.

Bu tələbləri nəzərə alaraq İzohome müştərilərə Azərbaycanda yeni innovasiya olan izolyasiya örtüklərini təqdim edir.

Boruların İzohome məhsulları ilə izolyasiyasının üstünlükləri:

- İsti və soyuq izolyasiyaya malik olması

- Səs izolyasiyası

- Turşulara, qələvilərə, məhlullara müqavimət

- Qızdırıldıqda istilik izolyasiyasını və mexaniki xüsusiyyətlərini itirmədən  +150°C-yə qədər istilik müqaviməti

- Su udma səviyyəsinin aşağı olması

- Ekoloji cəhətdən təmiz materialdır

- Kəskin qoxuları yoxdur

- Antibakterialdır

- Tərkibində zərərli maddələr yoxdur

- Zəhərli deyil

- Atmosfer və bioloji təsirlərə qarşı dayanır

- Çürüməz məhsuldur

- Həşərat və gəmiricilərə qarşı dayanıqlıdır

- Temperaturun qəfil dəyişməsinə davamlıdır

- Rulon formasındadır

- Elastikdir. Bütün növ borular üçün istifadə edilir

 

İzohome 4 mm izolyasiya məhsulları ilə soyuq su borularının, soyuducu qurğularının və kondisioner sistemlərinin izolyasiyası sistemləri donma, yoğuşma və metal korroziyasından qoruyur. İsti su borularında da istilik itkisini azaltmaq və istilik qaynaqlarına qənaət etmək üçün istifadə olunur.

İzohome izolyasiya məhsulları həm binaların icərisində, həm də xaricində rahatlıqla istifadə olunur. Kimyəvi və istilik şəraitində istiliyi mükəmməl əks etdirir və keyfiyyət xüsusiyyətlərini saxlayır. Məhsullarımız həmçinin yeraltı borularda, divarların içərisindəki borularda, zirzəmi borularında, konalizasiya borularında da istifadə edilir.

Bildiyiniz kimi bəzən borulardan gələn səslər sakinləri narahat edir. Bu narahatlığın qarşısını almaq üçün borularınıza İzohome 15 mm və 25 mm səs izolyasiya məhsullarını təklif edirik. Bu məhsullar ilə izolyasiya edilmiş borulardakı səslər narahatçılıq yaratmayacaq.

İzohome məhsulları ilə düzgün izolyasiya olunmuş boruların istifadə müddəti uzanacaq, enerji istehlakınız isə daha çox azalacaqdır. Bütün bunlar pulunuza qənaət etməyə kömək edəcək. Bu müsbət cəhətləri nəzərə alaraq İzohome izolyasiya məhsullarından istifadə etməyiniz çox önəmlidir.

Baxılıb

2118

Tarix

27.11.2019