Avto parkinq izolyasiyası

image-1

Alış – veriş mərkəzləri və çoxmərtəbəli yaşayış binalarında yaxşı dizayn edilmiş avto parkinq mərkəzləri və yeraltı qarajlar mövcuddur. Lakin nə qədər yaxşı dizayn olunsada, bəzən yüksək standartlara cavab vermir və müştərilərin gözləntilərini tam eks etdirmir.

Avtoparkların döşəmələri, bir sistem olaraq yüksək davamlılığı olan beton və ekranlı tətbiqlərdə ağır nəqliyyat sahələri kimi planlaşdırılır və tətbiq olunur. Yeraltı qarajlarda baş verən yanğınlar əsasən nəqliyyat vasitələrinin yanması nəticəsində baş verir və nəticədə çox miqdarda istilik yaranır. Hətta avtoparklarda maşınların səsi, benzin qoxuları, bunada yaşayan sakinlari çox narahat edir. Düzgün izolyasiya olunmayan avtoparklarda bu kimi problemlər çox olur.

Bütün bu baş verən problemlərin qarşısını almaq, müştəri və sakinlərin avtoparklardan, dayanacaqlardan narazı olmaması üçün bu əraziləri düzgün izolyasiya etmək çox önəmlidir. Bizim sizə ən yaxşı tövsiyyəmiz İzohome izolyasiya məhsullarıdır.

İzohome izolyasiya məhsullarının üstünlükləri:

- Günəş şüalarına qarşı davamlıdır

- Su hopdurmazdır

- Həşərat və gəmiricilərə qarşı davamlıdır

- Uzun ömürlü məhsuldur

- Yüksək yapışma müqavimətinə malikdir

- Mükəmməl isti və soyuq izolyasiyasıdır

- Unikal səs izolyasiyasıdır

- Zərbə və çatlara qarşı davamlıdır

- 40% - 90 % istilik hərarətini azaldır

- Yanğına davamlılığı B1 Csd1

    İzohome məhsulları dayanacaq və avtopark tavanlarının izolyasiyası üçün əla bir variandır. Yalnız üstün istilik və akustik qoruma təmin etmirlər, həm də B1Csd1 yanğın təsnifatı reytinqinə sahibdirlər. Məhsullarımız mexaniki təsirlərə və avtomobillər kimi gündəlik istifadə nəticəsində yarana biləcək fiziki ziyana davamlıdır.

İzohome 15 mm izolyasiya məhsulu əsasən isti və soyuq havadan təsirlənməyən, dayanacaqlarda və avtoparklarda əlverişsiz hava şəraiti səbəbindən suyun sızması və suyun axması kimi problemlərin həllidir. Yaz aylarında yüksək temperaturlara da davamlı olur və çatlamır. Kimyəvi maddələrə qarşı davamlı olan bu materialın üzərinə düşən alovun gəzməsi qeyri-mümkündür. Buna görə yanğın təhlükəsi minimaldır. Ağır nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə yanacaq və yağ kimi xarici maddələrə qarşı keçilməz bir quruluşa sahib olan İzohome, iş mərkəzlərinin dayanacaq yerlərinə, ictimai evlərin avtopark yerlərinə və ticarət mərkəzlərinin dayanacaqlarına qüsursuz tətbiq olunur.

İzohome  təbii və davamlı materiallardan istehsal olunduğundan, hər hansı bir avtopark və qaraj üçün də ekoloji cəhətdən təmiz bir izolyasiya məhsuludur. Avtomobil parklarınızın bütün sahələrində işlərinizin uzun ömrünü qorumaq zəmanəti təklif edən İzohome, ciblərinizi nəzərə alaraq qənaət etmənin tərəfdarı olmaqla bütün üstünlükləri ilə seçilir. İzohome izolyasiya məhsullarından istifadə etməklə, məmnuniyyəti sadəcə sözdə deyil, həm də bütün tətbiqlərdə asanlıqla görəcəksiniz.

Baxılıb

1205

Tarix

25.11.2019