Azərbaycanda əksər insan mənzil alarkən, ilk növbədə, qiymətə, daha sonra otaqların genişliyinə və mətbəxinə baxır. Bir binada mənzilin kvadratmetrinin qiyməti digər bina ilə müqayisədə aşağıdırsa, çoxları hesab edir ki, həmin mənzil sərfəlidir. Qətiyyən!
Araşdırmalar göstərir ki, əksər halda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır.
Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub saxlayaraq enerjiyə qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.
Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material Keçə tərkibli İzohome məhsuludur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.
İzohome izolyasiya məhsulu nədir?
İzohome izolyasiya, izolyasiyaedici xüsusiyyətlərə malik olan yüngül və yüksək davamlı keçə tərkibli lif quruluşuna malikdir. İzohome izolyasiya məhsulu çox yumşaq və yüngül halındadır. Polyester liflər və nanotexnologiyaların istifadəsi sayəsində bu məhsul, binalar üçün möhkəmləndirmə ilə yanaşı, həm də səs, isti və soyuq, nəm və rütubət izolyasiyası ilə təmin edə bilər. Dünyada bu məhsuldan geniş istifadə olunur.
İzohome izolyasiya məhsulunun xüsusiyyətləri və üstünlükləri nədir?
Səs, isti və soyuq izolyasiyası və möhkəmləndirmə izolyasiyası
Yanğına davamlı, gec alışan
Dəri və tənəffüs yolu allergiyasına səbəb olmur
Antibakterialdır
Həşəratlara və gəmiricilərə qarşı davamlıdır
Günəş şüalarına davamlıdır
Yüngül və daşınması çox rahatdır
Sağlamlıq sertifikatına malikdir.
Hava keçiricidir
Yenidən istifadə oluna bilər
Fərqli sənayedə tətbiq olunur
İsti və soyuq izolyasiya:
Çöl və içəri arasında temperatur fərqi artdıqca mənzildə molekulların hərəkəti sürətlənir və evdə hava axını yaranır. Məsələn, çöl divarı beton olan mənzillərdə “skvoznyak” (hava cərəyanı) daha çox hiss olunur. Mənzildəki hava axınının azalması üçün binanın çöl divarı az soyumalıdır. Bunu da ancaq isti və soyuq izolyasiyası ilə təmin etmək olar.
İzohome izolyasiya həm soyuq, həm də istidən qoruyan mükəmməl bir isti və soyuq izolyasiyası materialıdır. Fasadı izohome məhsulu ilə üzlənmiş binadakı mənzillərdə qış aylarında istilik, yay aylarında isə sərinlik itmir. Qış aylarında kombi üçün təbii qaz, yay aylarında isə kondisioner istifadəsi ilə bağlı elektrik enerjisi sərfiyyatı yarı-yarıya azalır. Beləliklə, enerji xərclərinə qənaət təmin olunur, mənzil daxilində iqlim komfortu yaranır.
Xüsusi polyeste liflərindən hazırlanan bu məhsul, istilik ötürmə əmsalınl 0.034 (Vt / mk) ilə 40% - dən 90% - ə qədər azaltmağa qadirdir.
İzohome isti və soyuq izolyasiya məhsulları sadəcə tikinti binalarında deyil, həm də sənaye fabrikləri, avtomobil sənayesi, kimya sənayesi, sərin olan mağazalar, idman salonları, ammonyak borular, mexaniki otaqlarda tədbiq olunur.
İstilik keçirmə əmsalı
İzohome 4 mm |
W / mk |
0 / 037 |
İzohome 10 mm |
W / mk |
0 / 034 |
İzohome 15 mm |
W / mk |
0 / 034 |
İzohome 25 mm |
W / mk |
0 / 034 |
İzohome izolyasiya məhsulu müasir, ekoloji cəhətdən təmiz, öz isti və soyuq izolyasiya xaraterinə malik unikal məhsuldur. Məhsulumuzun ən vacib xüsusiyyəti, binanın xarici istilik izolyasiya materialları ilə təmin olunmasıdır ki, boşluq qalmasın və sistem şüalar, sütunlar, pəncərə mərkəzləri, divarlar və altlıqlar da daxil olmaqla bütövlükdə nəzərə alınsın. Binalarda ən vacib istilik itkisi ümumiyyətlə şüa və sütundadır.
Enerji itkinizi minimuma endirmək, evinizdən və büdcənizdən zövq almaq üçün İzohome izolyasiya məhsullarından çox rahatlıqla istifadə edə bilərsiz. İzohome isti və soyuq izolyasiya məhsulları ilə yayda sərin rahatlıq, qışda isə isti rahatlıq əldə edə bilərsiniz.