Çardaq və dam izolyasiyası

image-1

Bildiyiniz kimi yağış, qar, yüksək külək və rütubət dam örtüyünü və çardağı məhv edən, zədələyən mənfi iqlim amillərindən biridir. Dam örtüyünüz nə qədər qalın və davamlı olsada, bu amillərdən qaçmaq mümkün olmur. Damda yaranan mənfi amillər çardaq və mansarda daha çox təsir edir. Binada və ya evdə rütubət, nəmişlik yaranır. Rütubət, göbələk, kif, evin içindəki xoşagəlməz bir qoxu, tavanın astarının altına suyun daxil olmasının qaçılmaz nəticələridir. Bu xoşagəlməz anların qarşısını almaq üçün damın və çardağın izolyasiyası çox önəmlidir.

Əksər şəxsi ev və ya bina evlərində çardaq və mansard önəmli hissələrdən biridir. Bir çox yerlərdə çardaq yaşayış otağı kimi istifadə edilir. Ev sakinlərinin rahat şəraitdə yaşaması üçün  çardağın və mansardın izolyasiyası çox vacib amildir. Çünki izolyasiya olunduqda qışda otaq isti qalacaq, yayda xoş bir sərinlik yaradacaq. Lakin bu şəraitə nail olmaq üçün yüksək keyfiyyətli İzohome izolyasiya məhsullarından istifadə etməyiniz lazımdır.

İzohome izolyasiya məhsullarının dam, çardaq və mansard üçün istifadə etmənin əsas üstünlükləri bunlardır:

- Ekoloji cəhətdən təmizdir

- İsti və soyuq izolyasiya edici xüsusiyyəti var

- Nəmişliyə qarşı davamlıdır

- Su hopdurmazdır

- Yanğına qarşı müqavimətlidir

- Tərkibində kimyavi maddələr yoxdur

- Elaktikdir. İstenilən formada istifadə olunur

- Yüngüldür. Daşınması asandır

- Rulon formasındadır

- Səthə istifadəsi rahatdır

- İstifadədə az vaxt sərf edilir

 

Yaz aylarında günəş dam örtüyünü qızdırır və damda olan istilik çardağa keçir. Qış aylarında isə yağan yağış və əriyən qarlar çardaqda nəmişlik yaradır. İzohome 4 mm izolyasiya məhsullarından istifadə edərək, bu çətinliklərdən qurtulmaq mümkündür.

İzohome izolyasiya örtükləri ekoloji cəhətdən təmiz, müasir istilik keçiricilik qabiliyyətinə malik, ətraf mühüt standartlarına tam uyğundur. Buna görə məhsullardan istifadə edərək dam və çardağınızda qış aylarında yaranan soyuğun və nəmişliyin, yay aylarında isə istiliyin qarşısını alaraq, evlərinizdə xoş anlar yaşaya bilərsiniz.

Baxılıb

2689

Tarix

22.11.2019