Nəm və rütubət izolyasiyası

image-1

Nəm və rütubət izolyasiyası nədir?

Bakı və Abşeron yarımadasında yaz və payız aylarında əsasən rütubətli hava şəraiti üstünlük təşkil edir. Qış aylarında nisbi rütubət 65% - 70% arasında dəyişir. Yağıntılı hava şəraitində isə 85% - 95%  dəyişir. Neft Daşları, Çilov və Pirallahı adalarında illik nisbi rütubət daha yüksək  70% - 75%  təşkil edir.

 

Nəm və rütubət, hər evdə tapıla bilən nəmin yığılmasıdır və tez-tez evlərin şimalına baxan divarlarında olur. Xüsusilə soyuq otaqlarda olur. Soyuq otaqlara gedən nəm divarlara yapışaraq, orada rütubət yaradır.

 

Evlərimizə zərər verən ən önəmli faktorlardan biri də nəmişlikdir. Evlərimiz yağış, qar, torpaq nəmliyi, qrunt suları həm də hamam və tualetlərdə istifadə olunan suyun mənfi təsirləri kimi xarici su mənbələrinə məruz qalır. Rütubət təkcə evlərimizin estetikasına, təmirinə və sağlamlığına xələl gətirmir, həm də maddi vəziyyətimizə də təsir göstərir. Evlərimizi və rahatlığımızı narahat edən suların bu cür təsirindən qorunmaq üçün İzohome nəm və rütubətə qarşı izolyasiya məhsullarından istifadə olunur.

 

Divarlarda, döşəmələrdə yaranan nəm müxtəlif göbələklərin yaranmasına, bakteriyaların çoxalmasına səbəb olur. Təbii ki, bu kimi mikroorqanizmlər gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Məsələn:  Bronxit, astma və bu kimi xəstəliklərin birbaşa yaranma səbəbidir.

 

Evlərdə nəm və rütubətin yaranma səbəbi:

Təmir zamanı istilik izoliyasiyasından istifadə olunmaması

 

- Hər hansı bir yerdən su sızması

 

- Havalandırma sisteminin olmaması

 

- Aspirator və digər qurğulardan istifadə olunmaması

 

- Evin daxilində və xaricində temperaturun kəskin dəyişməsi

 

İzohome izolyasiya örtükləri müasir, ekoloji cəhətdən təmiz, isti, soyuq, nəm və rütubətə davamlı bir məhsuldur. Izohome məhsulunun digər izolyasiya məhsullarından fərqləndirici xüsusiyyətləri yüngül çəki, davamlılıq, istilik keçiriciliyi, mikroorqanizmlərə qarşı müqavimət, kif və nəmişliyə qarşı olmasıdır. Məhsulun yüngül çəkisi quraşdırma xərclərini əhəmiyyətli dərəcədə azaldır, eyni zamanda tikinti və təmir xərclərini azaldır.

4 mm, 15 mm, 25 mm izolyasiya məhsulları ilə nəm və rütubət artıq problem olmayacaq. Nəfəs ala bilən və ətraf mühitə uyğun izolyasiya örtükləri nəmə və rütubətə yüksək dərəcədə davamlıdır.

Baxılıb

3692

Tarix

18.11.2019