İzohome isti və soyuq izolyasiya məhsulu

1) İzohome nədir?
İzohome izolyasiya sənayesində yeni bir innovasiyalı Nanotexnologiya ilə çarpaz toxumaları sayəsində əmələ gələn örtüklərimizin tərkibində əlyaf və keçə məhsulu birləşdirərək, 4 möhtəşəm üstünlüyə imza atıb.
- Səs izolyasiyası
- İsti və soyuq izolyasiyası
- Nəm və rütubət izolyasiyası
- Zəlzələ və çatlara qarşı izolyasiya

2) İzohome məhsulunun üstünlükləri nədir?
- Səs, isti və soyuq izolyasiyası və möhkənmləndirmə.
- Yanğına davamlı, gec alışan və yanıcı olmamağı.
- Dəri və tənəffüs yolu allergiyasına səbəb olmur.
- Həşəratlara və gəmiricilərə qarşı davamlıdır.
- Birbaşa günəş şüalarına qarşı davamlıdır.
- Yüngül və daşınması asandır.
- Zərbəyə davamlıdır.
- Qazlara qarşı yüksək kimyəvi müqavimət və maneəyə malikdir.
- Sağlamlıq sertifikatına sahibdir.
- Antibakterialdır.
- Toz və qaşınmaya səbəb olmur.
- Hər hansı bir yapıçdırıcı ilə uyğun gəlir.
- Hava keçiricidir.
- Fərqli sənayedə tədbiq oluna bilər.

Sertifikatlarımız

CE Sertifikatı
CRM Sertifikatı
İSO 9001 Sertifikatı
ASTM E84 Sertifikatı


3) İsti və soyuq izolyasiya nə üçün lazımdır?
Qış aylarında meydana gələn istilik itkilərini və yay aylarında meydana gələn istilik qazanclarını azaltmaq üçün İzohome izolyasiya məhsullarının isti və soyuq izolyasiyaları effektivdir. Qışda üşüməmək üçün kömür, təbii qaz kimi yanacaqlar istifadə edərək evimizi isidirik. Yayda isə istilənən evimizi kondisionerlərlə soyuduruq. İstilik izolyasiyası, qışda istilənmək, yayda sərinləmək üçün xərclədiyimiz enerjini azaldaraq daha rahat mühitdə yaşamaq məqsədi ilə edilir. Ümumiyyətlə, istilik izolyasiyası bina sakinlərinin daha az enerji istifadə edərək istiləşməsi və ya sərinləşməsi və dolayısı ilə ətraf çirkliliyin azaldılmasının təmin edilməsi, binanın daxili və xarici faktorlardan qorunaraq ömrünün uzadılması məqsədi ilə istifadə olunur.

4) İstilik izolyasiyanın tətbiq olunduğu yerlər:
- Düz (terras) və əyri damlara;
- Çölə baxan divarlara;
- Torpaqla təmas edən divar və döşəmələrə;
- Qaraj, anbar kimi isidilməyən hissələrə baxan divar və döşəmələrə;
- Kombi sistemi ilə isidilən binalarda mərtəbələri ayıran döşəmələrə;
- Su təsisatı boruları, ventilyasiya kanalları, klapan və s. təsisat işlərində istifadə olunur.

5) İsti və soyuq izolyasiyasının faydaları:
- İsinmə və ya sərinləmə məqsədi ilə edilən xərclərdə ortalama 50% qənaət edərək, qışda daha yaxşı istilik, yayda isə sərinlik yaratmağa imkan yaradır.
- Yanacaq istehlakını azaldaraq ətraf çirkliliyi və qlobal istiləşmənin qarşısını almağa kömək edir.
- Təmin edəcəyi məhsuldarlıqla ölkəmizin enerji istehlakına qənaət edir.
- Evlərdə kiflənmə, qara ləkə və göbələk meydana gəlməsinə səbəb olan tərləmənin qarşısını alır.
- Evinizin tikintisində istifadə olunan betonların içərisindəki paslanmanın qarşısını alır, evinizin zəlzələyə davamlılığını təmin edir.
- Evinizin içərisində balanslı otaq istilikləri yaradaraq rahat və sağlam məkanlar yaradır.

İstilik keçirmə əmsalı



     İzohome izolyasiya məhsulu müasir, ekoloji cəhətdən təmiz, öz isti və soyuq izolyasiya xarakterinə malik unikal məhsuldur. İzohome məhsulunun digər izolyasiya məhsullarından fərqləndirici xüsusiyyətləri yüngüllüyü, möhkəmliyi, istilik keçiriciliyi, mikroorqanizmlərə təsirə, çürüməyə, kiflənməyə, rütubət düşməsinə qarşı davamlılığıdır. Məhsulun yüngüllüyü montaj xərclərinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verir, eləcə də tikinti və təmirin müddətini azaldır. İzohome izolyasiya məhsulları insan fəaliyyətinin bir çox sahələrində, sənaye və yaşayış binalarının inşasında istilik izolyasiyası qismində, eləcə də müxtəlif təyinatlı boru xətlərinin inşasında istilik və buxar izolyasiyası qismində, o cümlədən ev, balkon, döşəmələr üçün isidici qismində və dam örtüklərinin hidroizolyasiyası qismində istifadə edilir. Məhsulumuzun ən vacib xüsusiyyəti, binanın xarici istilik izolyasiya materialları ilə təmin olunmasıdır ki, boşluq qalmasın və sistem şüalar, sütunlar, pəncərə mərkəzləri, divarlar və altlıqlar da daxil olmaqla bütövlükdə nəzərə alınsın. Binalarda ən vacib istilik itkisi ümumiyyətlə şüa və sütundadır.

     Enerji itkinizi minimuma endirmək, evinizdən və büdcənizdən zövq almaq üçün İzohome izolyasiya məhsulları ilə tanış olun. İzohome isti və soyuq izolyasiya məhsulları ilə yayda sərin rahatlıq, qışda isə isti rahatlıq əldə edə bilərsiniz. İzohome asan tətbiq olunma, rütubət və tətbiq edildikdən sonra binanın bütün ömrü boyu öz funksiyasını davam etdirən, binanızın və büdcənizin daimi dostu və dəstəkçisidir. Təkrar emal xüsusiyyəti sayəsində İzohome izolyasiya məhsulları bina ömrünü davam etdirdikcə vəzifəsini yerinə yetirir.